Menu

İranda daha bir güneyli fəal həbs edilib

31.08.2023, 12:25
İranda daha bir güneyli fəal həbs edilib

Güney Azərbaycandan olan  vətəndaş cəmiyyəti fəalı Əfşin Nəziri sentyabrın 27-də ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən Tehranda həbs olunub.

“AzPolitika.info” xəbər verir ki, o, Urmu gölünün ekoloji vəziyyətinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, Evin həbsxanasına aparılıb.

Qeyd edək ki, ailəsinin gözü qarşısında döyülərək həbs edildikdən sonra Əfşin Nəzirinin ailəsinə ETTELAAT əməkdaşları tərəfindən məlumat verilib ki, onunla görüşə 10 günlük qadağa qoyulub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol