Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan istefa verib.
Araik bununula bağlı ermənilərə müraciətində deyib ki, istefa ilə bağlı qərarını iki gün əvvəl verib. “İstefamı sabah erməni xalqına təqdim edəcəm. Buna qədər isə “dövlət naziri” Qurgen Nersisyanı istefaya göndərmişəm. Onun yerinə isə Samvel Şahramanyanı gətirmişəm. Ona əminəm ki, hər şeyi etməyi bacaracaq”.
Erməni mediasının yaydığı xəbərə görə də Araiki Samvel Şahramanyan əvəzləyəcək.
Qeyd edək ki, Samvel Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.
S. Şahmaranyan İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.
1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib.
2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.
29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.
"AzPolitika.info"


Şərhlər