Ukraynanın 82-ci Hava Hücum Briqadası cəbhənin cənub istiqamətində rus ordusunun minalardan, müxtəlif maneələrdən və səngərlərdən ibarət məşhur "Surovikin xətti"ni yarıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun hərbçiləri Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Verbovo kəndinin qərbinə doğru irəliləyiblər.
“Bu o deməkdir ki, onlar Rusiya hərbi birləşməsinin keçmiş komandanı tərəfindən Ukraynanın əks-hücumunun qarşısını almaq üçün qurulan “Surovikin xətti”ni yarıblar”, - deyə məlumatda bildirilib.
“AzPolitika.info”


Şərhlər