Menu

Almaniya da Fransanın diqtəsi ilə hərəkət edir - XİN rəhbəri separatizmə qahmar çıxır

31.08.2023, 15:08
Almaniya da Fransanın diqtəsi ilə hərəkət edir - XİN rəhbəri separatizmə qahmar çıxır

Almaniya da ermənipərəst Fransanın diktəsi ilə hərəkət etməyə başlayıb. 

“AzPolitika.info” xəbər verir ki, bu gün ölkənin Xarici işlər naziri Annalena Berbok Azərbaycanı və Rusiyanı Xankəndinə“humanitar yardımlar” üçün Laçın yolunu açmağa çağırıb.

Onun sözlərinə görə, Laçın yolu ilə bağlı vəziyyət İspaniyanın Toledo şəhərində keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə ediləcək.

Berbok etiraf edib ki, bu addımları fransalı həmkarı Ketrin Kolonna ilə koordinasiya edir. Alman nazir amerikalı həmkarları ilə də fikir mübadiləsi apardıqlarını iddia edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol