Menu

Priqojinin “sağ əli”ni də basdırdılar - Sıravi vətəndaşları dəfnə buraxmayıblar + FOTO

31.08.2023, 16:25
Priqojinin “sağ əli”ni də basdırdılar - Sıravi vətəndaşları dəfnə buraxmayıblar + FOTO

Avqustun 23-də “Vaqner” başçısı Yevgeni Priqojinlə birgə qətlə yetirildiyi bildirilən Dmitri Utkin bu gün torpağa tapşırılıb. 

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatı Priqojinin “sağ əli” və “Vaqner”-in yaradıcısı kimi tanınan Utkinin Moskva yaxınlığındakı Mıtişi şəhərində basdırıldığını bildirir.

Utkin də “şefi” kimi hər hansı təmtəraq olmadan, az sayda insanın iştirakı və hüquq-mühafizə, xüsusi xidmət orqanlarının nəzarəti altında dəfn edilib.

Xəbərdə qeyd olunur ki, sıravi vətəndaşlar qəbristanlığa buraxılmayıb və dəfndə bir neçə “Vaqner” üzvü iştirak edə bilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol