“Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa turnesi böyük ehtimalla ləğv ediləcək”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” agentliyi məlumat yayıb.
Gürcüstan Prezident Admnistarsiyasının məlumatına görə, artıq avqustun 3-də dövlət başçısına bu günə, yəni avqustun 31-nə planlaşdırılan Almaniyaya səfərdən yazılı şəkildə imtina ediblər: “Bundan başqa, prezidentə avqust-dekabr ayları arasında daha 9 səfərə icazə verilməyib”.
Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərlərdən, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir: “Salome Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına görə, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir. Çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”.
“AzPolitika.info”


Şərhlər