“Laçın yolu o mənada açıqdır ki, insanlar hər gün oradan keçir, çıxıb - gəlirlər. Ərazini tərk etmək həvəsində olanlar və tibbi yardıma ehtiyacı olanlar üçün açıqdır. Yolun bağlı olduğunu demək yanlışdır, bu açıq-aşkar yalandır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov “Moskov Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan Laçın yoluna hansısa ekstraterritorial status verilməsinə imkan verməyəcək.

“Qarabağ ermənilərinə yardım göstərmək istəyən istənilən ölkə və ya beynəlxalq təşkilat Azərbaycan vasitəsilə bunu edə bilər. Ermənilərin Qarabağı Ermənistanla manesəsiz birləşdirən axmaq təcrübəsini aradan qaldırmağın vaxtıdır. Ağdamdan keçən yolun əhəmiyyəti məhz bu yol çəkildiyi zaman ortaya çıxıb. İşğal dövründə şəhərdə bütün infrastruktur məhv edilib. Bu yol bərpa olunana qədər Azərbaycan səbrlə Laçın yolundan ermənilərin maneəsiz istifadəsinə imkanı verdi. Amma təəssüf ki, tez-tez sui-istifadə halları olub. İndi Ağdamdan keçən yol hər kəsin maraqlı olmalı olduğu - bölgənin reinteqrasiyasının qaçılmazlığının rəmzidir” –deyə, o, qeyd edib.

Fərhad Məmmədovla müsahibəni təqdim edirik:

-Sizcə, Laçın yolu ilə gediş-gəliş qaydası necə olmalıdır?

-Məlumdur ki, orada nəzarət-buraxılış məntəqəsi var, amma Ermənistan vətəndaşlarının Azərbaycana girişi proseduru bir qədər mürəkkəbdir. Şərti olaraq söhbət yalnız erməni əsilli rayon sakinlərindən, onların qohumlarından və ya ora getmək istəyən Ermənistan vətəndaşlarından gedir.

Azərbaycan vəziyyəti başa düşür, hətta razılaşmalar da olub. Hakimiyyət də iki il ərzində Laçın yolundan istifadə etmək imkanı yaradıb. Lakin bütün bu razılaşmalar Ermənistan tərəfindən pozulub. Son iki il yarım ərzində Ermənistanın xarici işlər naziri, müdafiə naziri və əmək naziri bölgəyə səfər ediblər. Buna görə də Azərbaycan tərəfi yalnız insan faktoruna istinad edir. Qarabağ erməniləri Azərbaycan həkimlərinə müraciət etmək istəmirlərsə, Ermənistanda müalicə oluna bilərlər - bunu da başa düşürük. Ancaq bütün digər sosial-iqtisadi fəaliyyətlər Azərbaycanın infrastrukturuna keçməlidir. Çünki daha qısadır, daha ucuzdur və ölkəmizdə mövcud olan yeganə seçimdir. Qarabağda olanlar çıxa bilər, ara ancaq Qarabağ sakini olan ermənilər daxil ola bilər. Bunu təsdiqləmək üçün kifayət qədər məlumatımız var. Bəs, Azərbaycan vətəndaşları Ermənistan ərazisinə gedə bilər? Əlbətdə gedə bilməzlər, ona görə də Ermənistan vətəndaşları avtomobilləri ilə Laçın yolu ilə səbəbsiz hərəkət edə bilməzlər.

- Azərbaycan hakimiyyəti Qarabağda qalan ermənilərlə danışıqlarda tam olaraq nəyi müzakirə etməyə hazırdır? Bakının maksimum güzəştlərini necə təsəvvür edirsiniz?

- Azərbaycan heç bir güzəşt etmək niyyətində deyil. Bunlar ancaq müvəqqəti hüquqi rejimlər ola bilər, məsələn, Ermənistan pasportu ilə sərhədi keçirlər və s. Azərbaycan vətəndaşlığına qəbul olunduqda sonra da müvəqqəti hüquqi rejimlər tətbiq oluna bilər ki, sənədlərin verilməsinə imkan yaradılsın. Reinteqrasiya prosesinin bir hissəsi kimi Qarabağ ərazindaə yaşayan ermənilərlə danışmağa hazır olan Azərbaycandır, amma bütün bunlar yalnız 2025-ci ilə qədər davam edəcək. Bu, prinsipial məsələdir. Bu gün əsas mövzu silahsızlaşdırılmadır. Bunsuz tam reinteqrasiyadan danışmaq sadəcə mümkün deyil.

- Birbaşa danışıqlarda Qarabağ ərazində yaşayan erməniləri kimin təmsil edəcəyi Bakı üçün vacibdirmi?

- Azərbaycan da burada insani yanaşmadan istifadə edir. Bunu Qarabağ ərazində yaşayan ermənilərin mülahizəsinə buraxırıq - onları kim təmsil edəcək. Əsas odur ki, özləri buna razıdırlar. Ancaq bu ərazidə olan “dövlət qurumlarının”buraxılması Azərbaycanın qaçılmaz tələbidir. Bizə vacibdir ki, yerli erməni olsun, hansı "vəzifəni" tutması maraqlı deyil. Ermənistan tərəfinin bütün qorxularını - Birinci və İkinci Qarabağ döyüşlərində iştirak edənlərin həbs olunub-olunmayacağını, reinteqrasiyanın necə baş verəcəyini Azərbaycanla müzakirə edən bu şəxslər olacaq. Bu, Azərbaycanı bütün suallara cavab verməyə sövq edəcək.

- Bakıda Qarabağda yaşayan erməni sakinlərin neçə faizinin Azərbaycan vətəndaşı olmaq istəyəcəyinə dair məlumat və ərazi Azərbaycan hakimiyyətinin nəzarətinə tam keçəcəyi təqdirdə onları mühacirət etməyə məcbur edilməyəcyinə dair qarantiya varmı?

- Hər şey Qarabağ ərazində yaşayan ermənilərindən asılıdır. Azərbaycanın erməniləri sürgün etmək məqsədi yoxdur. Tariximizdə son 200 illik erməni tarixindən fərqli olaraq etnik təmizləmə elementi yoxdur. Bizdə terror elementləri yoxdur, amma ermənilərdə var. Qeyd edim ki, biz onları erməni olduqlarına görə yox, Qərb ölkələrində də "terrorizm" maddəsi ilə həbs olunacaqları fəaliyyətlərinə görə terrorçu adlandırırıq. Düşdükləri vəziyyətə görə günahkar ermənilər və onların havadarlarıdır. Azərbaycan isə onlara bu vəziyyətdən çıxış yolu təklif edir. Tarixin bu səhifəsini çevirmək üçün erməni əhalisinin reinteqrasiyasına hazırıq.

“AzPolitika.info”