Ukrayna ordusu cəbhənin cənub istiqamətində rusların müdafiə xəttini yararaq, əks-hücum əməliyyatlarını genişləndirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The NewYork Times” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun bu yaxınlarda Rabotino kəndini işğaldan azad etməsi ümumi vəziyyətə əhəmiyyətli dərəcədə təsir edib.
Qeyd olunur ki, Rabotino kəndi ətrafında Rusiyanın çətin müdafiə xəttini yaran Ukrayna qüvvələri bir neçə kilometr şərqdə şiddətli döyüşlər apararaq, növbəti əks-hücumlarını reallaşdırmağa çalışırlar.
“The New York Times” yazır ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində kiçik, lakin əhəmiyyətli uğurlar əldə edib və bundan daha böyük məqsədlər - Rusiya ilə Krım arasında olan quru dəhlizinə çıxış üçün istifadə etməyə çalışır.
Ərazidə döyüşən Ukraynanın 46-cı briqadasının hərbçisi bildirib ki, onların hücum bölmələri Rabotinodan 14 kilometr şərqdə, Verbove kəndi yaxınlığında rus mövqelərinə hücum edib.
ABŞ rəsmiləri də təsdiqləyiblər ki, Ukrayna qüvvələri Rabotino ətrafında Rusiyanın əsas müdafiə xəttini yarıb və hazırda Verbove yaxınlığında döyüşürlər.
“AzPolitika.info”


Şərhlər