Menu

“Vaqner” mahiyyət etibarı ilə yoxdur”- Pentaqon

01.09.2023, 13:36
“Vaqner” mahiyyət etibarı ilə yoxdur”- Pentaqon

“Vaqner” adlı özəl hərbi birləşmə mahiyyət etibarilə yoxdur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazilriyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Konfransda iştirak edən jurnalistin: “Vaqner”-lə Şimali Koreya arasında silah müqaviləsinin bitdiyinə inanırsınızmı?” sualına Rayder bu cür cavab verib: “Burada məsələ ondan ibarətdir ki, “Vaqner” qrupu əslində yoxdur. Ona görə də deyə bilərəm ki, heç bir danışıq ola bilməz”.

Xatırladaq ki, avqustun 23-də “Vaqner”-in lideri Yevgeni Priqojinin də olduğu təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Y.Priqojinin öldüyü bildirilib. Priqpjinin ölümü ilə birlikdə “Vaqner”-in gələcək taleyi də şübhə altında düşüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol