Menu

NASA Rusiyanın Aya göndərdiyi “Luna25”-i tapdı – Düşdüyü yerdə krater əmələ gəlib (FOTO)

01.09.2023, 16:28
NASA Rusiyanın Aya göndərdiyi “Luna25”-i tapdı – Düşdüyü yerdə krater əmələ gəlib (FOTO)

Amerikanın Aerokosmik Agentliyi NASA Ayda yeni kraterin görüntülərini dərc edib. Kraterin Rusiyanın “Luna-25” kosmik stansiyasının Yer peykinin cənub qütbünə yaxın səthinə düşməsi nəticəsində əmələ gəldiyi ehtimal edilir.

Şəkil avqustun 24-də NASA-nın Ay ətrafında dövr edən Ay Kəşfiyyat Orbiteri tərəfindən çəkilib. Eyni ərazinin görüntüsü onun 2020-ci ilin iyun ayında çəkilmiş şəkli ilə birlikdə dərc olunub. Yeni şəkildə köhnə kraterdə olmayan kiçik bir krater göstərilir.

NASA-nın məlumatına görə, yeni kraterin diametri təxminən 10 metrdir. ABŞ agentliyi belə qənaətə gəlir ki, çox güman, bu, təbii səbəblərdən deyil, Rusiyaya məxsus kosmik aparatın çırpılması nəticəsində yaranıb.

“Luna-25” postsovet Rusiyasında ilk Ay missiyası idi. Raket aparatla birlikdə avqustun 11-də buraxılıb. “Roskosmos”un məlumatına görə, "Luna-25" Yer peyki kimi orbitə çıxarılıb, lakin enişdən əvvəl mühərrik vaxtında sönməyib. Nəticədə avqustun 19-da stansiya Ayın səthinə çırpılıb və məhv olub.

Bir neçə gün sonra Hindistanın “Chandrayaan-3” missiyasının “Vikram” eniş aparatı təxminən eyni əraziyə uğurla eniş edib. Hindistanın “Ay ovçusu” Ayda uğurla işləyir, fotoşəkilləri Yerə ötürür. O, həmçinin Ayın qütbü bölgəsində torpağın kimyəvi tərkibini təhlil edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol