Menu

Nüvə təyyarələrini avtomobil şinləri ilə qorumağa çalışırlar - Rusiyadan yeni “innovasiya” (FOTO)

04.09.2023, 15:30
Nüvə təyyarələrini avtomobil şinləri ilə qorumağa çalışırlar - Rusiyadan yeni “innovasiya” (FOTO)

Rusiya nüvə silahı daşıya bilən “Tu-95” bombardmançı təyyarələrini Ukrayna hücumlarından qorumaq üçün qəribə bir metoda baş vurub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorunmaq üçün öz təyyarələrinin üzərini avtomobil şinləri ilə örtüb.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Paylaşılan peyk görüntülərində Saratov vilayətindəki “Engels-2” aviabazasındakı təyyarələrin üzərinin şinlərlə örtüldüyü görünüb.

Qeyd edək ki, son vaxtlar Ukrayna ordusu Rusiya ərazisindən hərbi aerodromlara hücumlar təşkil edib və bu hücumlar zamanı rusların bir neçə təyyarəsi məhv edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol