Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə bilinən peşəkar mühafizə xidməti "Security Operation Services" (SOS) MMC ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı silsilə tədbirlərini davam etdirir.
“AzPolitika.info” xəbər verir ki, “SOS” MMC 04.09.2023-ci il tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar mühafizəçi peşəsi üzrə yeni vakansiya elan edib. Vakansiya ilə bağlı yaş həddi 20 yaşdan başlayaraq, hərbi mükəlləfiyyyətli, məhkumluğu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Qeyd edək ki, bu cür sosial layihələrdə davamlı iştirak edən “SOS” MMC 100 nəfərin işlə təmin olunması məqsədilə ilkin olaraq 13.04.2023- cü il tarixdə 50 nəfəri, 27.04.2023- cü il tarixdə isə 25 nəfəri işlə təmin etmişdir.
Onu da qeyd edək ki, şirkət rəhbərliyinin məqsədi ölkə başçısının siyasətinə uyğun olaraq “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olmaq”dır. Məqsəd şəhid ailələrinin üzvlərini və vətən müharibəsi iştirakşılarını işlə təmin etməkdir.
“SOS” MMC bu istiqamətdə bu günə kimi 250 nəfər vətən müharibəsi iştirakçısını, 83 nəfər birinci Qarabağ müharibəsi veteranını, 30 nəfər şəhid ailəsi üzvünü və 15 nəfər qazini mühafizəçi peşəsi üzrə işlə təmin etmişdir.
Əlaqə: 077-280-07-07, 077-280-01-99
“AzPolitika.info”


Şərhlər