Menu

Türkiyə-Ermənistan matçının yeri və tarixi məlum olub

04.09.2023, 20:31
Türkiyə-Ermənistan matçının yeri və tarixi məlum olub

Futbol üzrə Türkiyə milli komandası 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda 5-ci oyununa çıxacaq.

“AzPolitika.info” xəbər verir ki, “ay-ulduzlular” doğma meydanda Ermənistan milli komandasını sınağa çəkəcək.

Oyun 8 sentyabr cümə günü Eskişəhər Yeni Stadionunda oynanılacaq.

Türkiyə milli komandası hazırda 9 xalla D qrupuna liderlik edir. Stefan Kuntzun yetirmələri bundan əvvəl Uels, Latviya və Ermənistan milli komandalarına qalib gəlməyi bacarıb.

Qeyd edək ki, 3 oyunun toplamında 6 xal toplayan Ermənsitan milli komandası qrupda ikinci sıradadır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol