Sentyabrın 17-də İrəvanda mer seçkisi başa çatandan sonra Nikol Paşinyan hökumətdə müəyyən kadr dəyişikliklərinə gedəcək.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Joxovurd” qəzetinin hakimiyətdəki mənbələrə istinadla yaydığı məlumata görə, birdən-birə 3 nazir istefa verəcək.
Bunlar ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Akop Simidyandır. İstefaya gedəcək 3 nazirdən ikisini kimlərin əvəz edəcəyi məlumdur. Lakin yeni Ədliyyə nazirinin kimliyinə hələ ki, aydınlıq gətirilməyib.
Xatırladaq ki, sentyabrın 17-də keçiriləcək mer seçkisi ilə bağlı Ermənistanda siyasi gərginlik bir qədər artıb. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan Paşinyana qarşı siyasi mübarizəni qızışdırmağa çalışırlar. Bu prosesə Rusiyanın Qarabağa göndərdiyi emissarı Ruben Vardanyan da aktiv qüoşulub. Belə ki, İrəvan meri postuna namizədlərdən biri Vardanyanın maliyyələşdirdiyi partiyanın təmsilçisidir.
“AzPolitika.info”


Şərhlər