Menu

Əli İnsanovun partiyası da qeydiyyata alındı – Açıqlama

05.09.2023, 13:25
Əli İnsanovun partiyası da qeydiyyata alındı  – Açıqlama

Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu barədə Modern.az-a açıqlamasında partiya Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.

“Partiyanın rəhbər orqanları bundan sonrakı fəaliyyəti müəyyən edəcəklər. Ümumi və xalqımızın maraqlarına uyğun müvafiq qərarlar veriləcək”,- o, deyib.

Xatırladaq ki, bundan əvvəl 4 partiya – YAP, deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası, İqbal Ağazadənin Ümid Partiyası dövlət qeydiyyatına alınıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol