Menu

Hökumət daha bir partiyaya “yaşıl” işıq yandırdı

05.09.2023, 16:00
Hökumət daha bir partiyaya “yaşıl” işıq yandırdı

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) dövlət qeydiyyatına alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə AMİP rəsmisi Rəşad Aydın məlumat verib.

“Ədliyyə Nazirliyi tərəfindən 4 sentyabr 2023-cü il tarixdə ünvanlanmış məktubda partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılaraq təsdiq olunduğu bildirilib”- deyə, o, vurğulayıb.

Xatırladaq ki, Ədliyyə Nazirliyi partiyaların üzv siyahılarındakı nöqsanların aradan qaldırılması üçün partiyalara əlavə olaraq 1 ay vaxt vermişdi. Bu müddət ərzində siyasi partiyalar 5 min üzvünün lazımı məlumatlarının yer aldığı siyahını yenidən Ədliyyə Nazirliyini təqdim edib.

Qeyd edək ki, indiyə qədər cəmi 4 partiya qeydiyyata alınıb. Ötən gün iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiya dövlət qeydiyyatına alınıb. Bu gün isə İqbal Ağazadənin sədri olduğu “Ümid” partiyası nazirlikdən təsdiq alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol