Menu

Separatçıların “baş maliyyəçisini” partlatdılar - Ukrayna kəşfiyyatının daha bir uğurlu əməliyyatı

05.09.2023, 16:36
Separatçıların “baş maliyyəçisini” partlatdılar - Ukrayna kəşfiyyatının daha bir uğurlu əməliyyatı

Luqanskdakı qondarma separatçı qurumun başçısı Leonid Paseçnikin “baş maliyyəçisi” Yuri Afanasevski öz evində partladılıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, hadisənin Ukrayna Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı nəticəsində baş verdiyi güman olunur.

Rəsmən Rusiya FTX-sının mərkəzi aparatının agenti olan və general-mayor rütbəsi daşıyan Afanasevski həm də qondarma “lxr”-in gömrük rəisi olub. 

Sözügedən “məmur” daha çox Ukrayna ilə müharibəyə ayrılan pulların “yuyulması” ilə məşğul idi. Avropa İttifaqı, Böyük Britaniya və bir çox digər Qərb ölkələri ona qarşı sanksiya tətbiq edib.

Afanasevskinin ağır yaralandığı və hazırda reanimasiya şöbəsində saxlandığı bildirilir.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol