Bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələrinin vətəndaş qəbulu cədvəli ilə bağlı “AzPolitika.info”-da yayımlanan (BAX: https://azpolitika.info/?p=727011 ) yazıdan sonra sorğumuza cavab verilib. Qeyd edək ki, sözügedən məqalədə Regional Təhsil İdarələrində vətəndaş qəbulu günlərinin və saatlarının az olmasından bəhs edilir.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən “AzPolitika.info”-ya bildirilib ki, qurum təsdiq olunmuş qrafik üzrə həftədə 2 dəfə olmaqla saat 15:00-dan başlayaraq qəbul keçirir: “Qəbulun bitmə saatı vətəndaşların müraciətləri əsasında müəyyən olunur. Bununla yanaşı həftə ərzində istənilən vaxt vətəndaşların müraciətləri sektor müdirləri və digər aidiyyəti əməkdaşlar tərəfindən qəbul olunur və müvafiq tədbirlər görülür.
Əlavə olaraq bildirik ki, həftə ərzində idarədə 200-dək vətəndaşın müraciəti dinlənilir və müvafiq tədbir görülür”.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində həftədə 2 dəfə vətəndaş qəbulu keçirildiyi bildirilsə də, Elm və Təhsil Nazirliyinin rəsmi saytında dərc olunan cədvəldə vətəndaşlarla görüşün yalnız həftənin çərşənbə günləri saat15:00-17:00 (Bax: https://edu.gov.az/az/graphic/page ) aralığında olduğu göstərilib.
“AzPolitika.info”


Şərhlər
Bəs bu 200 vətəndaşın qəbulu üzrə cavab nə zaman verilir və bu cavablar əsaslı və qanuni olmaqla vətəndaşı razı sala bilirmi? Nə qədər təkrar müraciətlər olur?