Menu

Britaniyada “Vaqner” PMC terrorçu təşkilat elan edilir

06.09.2023, 16:23
Britaniyada “Vaqner” PMC terrorçu təşkilat elan edilir

Böyük Britaniya hökumətinin tezliklə Rusiyanın “Vaqner” PMC hərbi şirkətini terror təşkilatı kimi tanıyacağı gözlənilir. “AzPolitika.info” xəbər verir ki, bu barədə çərşənbə günü Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi qərar sentyabrın 13-dən qüvvəyə minməlidir. Bu tarixdən sonra “Vaqner” PMC-yə istənilən dəstək, o cümlədən simvollarının nümayişi Britaniyada cinayət hesab olunacaq və buəməli törədənlər həbsə ediləcək.

Daxili işlər naziri Svella Braverman “Vaqner”qrupunu “qəddar və dağıdıcı” adlandıraraq, onun Putin Rusiyasının xaricdəki silahlı aləti kimi təqdim edib.

“Ukrayna, Yaxın Şərq və Afrikada PMC muzdluları qarət, işgəncə və barbarcasına qətllərdə iştirak edib”, – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Onlar terrorçudur, bu açıq-aydındır”, - sənəddə vurğulanır.

Britaniyada son aylarda “Vaqner” PMC-nin terror təşkilatları siyahısına salınması ehtimalı müzakirə olunurdu. Qərar PMC-nin təsisçisi Yevgeni Priqojin və bir neçə “Vaqner” komandirinin Rusiyada müəmmalı təyyarə qəzasında həlak olmasından bir neçə həftə sonra elan edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol