Menu

İranda qar uçqunu - Ölənlər var

06.09.2023, 23:26
İranda qar uçqunu - Ölənlər var

İranın cənub-qərbində qar uçqunu nəticəsində azı iki nəfər ölüb. Məlumata görə, üç nəfərlik bir ailə qarın altında qalıb. Hadisə nəticəsində onlardan ikisi - kişi və qadın dünyasını dəyişib. Xilasedicilər uşağı qarın altından çıxara biliblər.

Həmçinin, hadisə nəticəsində 30-a yaxın turistin qar altında qaldığı bildirilib. Təbii fəlakət zamanı onlar Bican dağ keçidi ilə hərəkət ediblər.

Zərərçəkənlərin dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol