Son günlər Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin təmsilçiləri Kremldə qıcıq, hətta hiddət yaradan açıqlamalar versələr də, bütün bunların Moskvanı şantaj etmək cəhdlərindən başqa bir şey olmadığı təsdiqlənir.
Paşinyan hökuməti guya Ermənistanın KTMT-dən çıxacağı barədə siqnallar verirdi. Rəsmi Moskva isə bunu sərt təpki ilə qarşılamışdı.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan Xarici İşlər nazirinin müavini Parur Ovannisyanın bugünkü açıqlaması Ermənistanın KTMT-dən çıxmaq barədə düşünmədiyini göstərir. Belə ki, Ovannisyan yerli mətbuata açıqlamasında Rusiya ilə işgüzar münasibətlərin qaldığını söyləyib: “Fikir ayrılıqlarını, müzakirələri gərginlik kimi təqdim etmək olmaz. Müxtəlif məsələlər ətrafında müzakirələr işgüzar qaydada həyata keçirilir”.
Ermənistan XİN rəsmisi İrəvanın KTMT-dən çıxmaq niyətində olub-olmadığına dair suala isə belə cavab verib: “Biz bir sıra məsələlərə görə KTMT-ni tənqid edirik. Lakin bu məsələ (KTMT-dən çıxmaq-red.) bizim gündəliyimizdə deyil”. Bununla da Ovannisyan Ermənistanın KTMT-dən çıxmayacağını, eləcə də Paşinyan hakimiyyətinin hər nə qədər özünü narazı, guya müstəqil iradəli kimi göstərməsinə baxmayaraq, Ermənistanın Rusiyanın vassalı olaraq qaldığını təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər
Gündəlikdə Azərbayanı tərk etmək olmalıdır, murdarlar..Bakıdakı 30000 etməni ilə birgə.. toxumunun lənət Olsun!!!!!@@
Azərbaycanın 2020ci il *zəfər* razılaşmasından sonra Ermənistanın etnik deport-soyqırım terroru və Hərbi İşğalçı imici sovuşur və Avropa İttifaqının inamlı üzvünə çevrilir. Fransanın, Bharatın, İranın belə İrəvana ötürücü Açar münasibətinə əsaslar yaradıb! 20 Avropa dövləti üstəgəl müasir NATO!