Fransa vətəndaşlarına Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarına, xüsusən də Zəngəzur və Basarkeçərə səfər etməmələri barədə xəbərdarlıq edilməyib, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“AzPoilitika.info” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivier Decotigny internetdə Fransa səfirliyinin adından yayılan açıqlamanı şərh edərkən bildirib.
“Ermənistana səyahətlə bağlı tövsiyələrimiz 2023-cü il iyulun 18-dən yenilənmir” – deyə, səfir sosial şəbəkədə yazıb.
Qeyd edək ki, dünən Fransa Xarici Siyasət Departamenti də bütün sərhəd boyu əraziləri “təhlükəli zona” olaraq qeyd edib. Bununla bağlı xəritə də paylaşıb.
Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir. İlk baxışdan belə görünür ki, eskalasiya riski haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini məlumatlandırıb.
Bu xəritənin beynəlxalq ictimai rəyi manipulyasiya etməyə hesablandığı da istisna deyil. Ancaq görünür, Bakının operativ reaksiyası planlarını pozduğundan, dünən yaydıqları xəbəri bu gün təkzib etməli olublar.
“AzPoltika.info”



Şərhlər