Menu

“Baş verənlər 3 xarici agentin fəaliyyətinin nəticəsidir” – Babayan separatçıların “seçkisini” tanımır

09.09.2023, 11:36
“Baş verənlər 3 xarici agentin fəaliyyətinin nəticəsidir” – Babayan separatçıların “seçkisini” tanımır

Qarabağdakı qondarma separatçı qurumun qalıqlarının “prezident seçkisi” şousu bu gün başa çatmalıdır. Araik Arutyunyanın istefasından sonra bu “postun” yeni sahibini qondarma “parlament” səsvermə ilə müəyyən etməlidir. Gözlənilir ki, bu “vəzifə” Arutyunyanın “dövlət naziri” təyin etdiyi Samvel Şahramanyana veriləcək. Lakin separatçılar arasında gərginlik, qarşıdurma davam edir.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, separatçı quruma başçılığa iddialı olan Samvel Babayan qondarma “parlamentdə” keçirilən “prezident” seçkisini tənqid edib və onun nəticəsini tanımayacağına eyham vurub. Babayan deyib ki, onun “parlamentdə” təmsil olunan “fraksiyası” səsvermədə iştirak etməyəcək. O, bildirib ki, “prezidenti” ermənilər seçməlidir, Qarabağdakı xarici təsir agentləri yox: “Hazırkı daxili siyasi gərginlik üç xarici təsir agentindən ibarət qrupun fəaliyyətinin nəticəsidir”. Babayanın “partiyası” hesab edir ki, bu qrupun məqsədi Xankəndindəki “hakimiyyəti” bölüşdürmək və Babayanı rəhbərliyə buraxmamaqdır.

Məlum məsələdir ki, S.Babayan xarici agentlər deyərkən, Ruben Vardanyanı və qondarma qurumun əvvəlki başçılarını nəzərdə tutur. Çünki Şahramanyanın “namizədliyi”nin məhz onların təşəbbüsü və qarşılıqlı razılaşması əsasında irəli sürüldüyü bildirilir.

“AzPolitika.info”

Şərhlər

Cəfər 2023-09-10 08:05:02

Axı deyəsən ermənistan kapitulyasiya olmuşdu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdi. .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol