Menu

Şarl Mişel Lavrova Rusiyanın kim olduğunu “başa saldı” – “Sinizm və alicənablıq parodiyası”

09.09.2023, 16:06
Şarl Mişel Lavrova Rusiyanın kim olduğunu “başa saldı” – “Sinizm və alicənablıq parodiyası”

Avropa Şurasının prezidenti Şarl Mişel Rusiyanın “Taxıl sazişi”ndən çıxandan sonra Afrika ölkələrinə 1 milyon ton taxıl təklif etməsini “sinizm” adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, “G-20” ölkələrinin Hindistanda keçirilən sammitində çıxış edən Şarl Mişel tədbirə qatılan Rusiyanın XİN başçısı Sergey Lavrova müraciət edərək, Moskvanın davranışlarını kəskin tənqid edib.

O, deyib ki, “Taxıl sazişi” çərçivəsində Afrikanın kasıb ölkələri hazırda Rusiyanın təklif etdiyindən 30 dəfə artıq taxıl alırdı: “Bu, sinizmdir... Siz bunu qəbul etmədiniz... Siz sadəcə, “Taxıl sazişi”ndən çıxmadınız, eyni zamanda da liman infrastrukturuna hücum edirsiniz. Siz Qara dənizə, hətta Dunay çayına çıxan limanları bloklayırsınız. Nəhayət, Rusiyanın Afrika ölkələrinə 1 milyon ton taxıl təklif etməsi, alicənablığın parodiyasıdır. Bu, Afrika ölkələrinə qarşı hörmətsizlik və sinizmdir...”

Mişel əlavə edib ki, indiyə qədər “Taxıl sazişi” çərçivəsində kasıb Afrika ölkələrinə 30 milyon ton taxıl göndərilib. Rusiya isə öz hərəkətləri ilə bu ölkələri zərbə və təhlükə altında qoyur.

“AzPolitika.info”

Şərhlər

müəllifə 2023-09-09 21:55:34

sinizm riyakarlıq kimi tərcümə olunur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol