Rusiya illik artilleriya mərmisi istehsalını 2 miyon ədədə qədər artıra bilər. Lakin müharibənin indiki intensivliyi nəzərə alınsa, bu qədər mərmi tələbatı ödəməyə kifayət etməyəcək.
“AzPolitika.info” xəbər verir ki, bunu “Reuters” agentliyinə danışan avropalı yüksək rütbəli hərbi məmur deyib.
Agentliyin adını çəkmədiyi məmur bildirib ki, Rusiya 2022-ci il ərzində Ukarynaya qarşı müharibədə 10-11 milyon ədəd artilleriya mərmisi istifadə edib: “Əgər siz ötən il 10 milyon mərmi sərf etmisinizsə, döyüşlər davam edirsə və siz ildə cəmi 1-2 milyon mərmi istehsal edə bilirsinizsə, düşünmürəm ki, bu, çox güclü mövqedir...”
“Reuters” onu da qeyd edib ki, Rusiya istehsalı gücləndirmək hesabına ildə cəmi 200 tank istehsal edə bilər. Ancaq avropalı mütəxəssis bildirib ki, bu say hazırda davam edən müharibə üçün olduqca azdır: “Əgər siz 2000 tank itirmisinizsə, əvvəlki vəziyyətə qayıtmaq üçün sizə onilliklər lazım olacaq”.
O, əlavə edib ki, faktiki olaraq Rusiya Ukraynada 2000 yox, 4000 tank itirib.
Mütəxəssis qeyd edib ki, Rusiyanın Şimali Koreyaya müraciət etməsi onun yaşadığı “mərmi aclığı” ilə bağlıdır və bu, Rusiya ordusunun acınacaqlı durumundan xəbər verir: “Onlar Şimali Koreya kimi şübhəli tərəfdaşlara müraciət etmək məcburiyyətindədirlər ki, bu fəlakətli işğalı davam etdirə bilsinlər. Ancaq bu, onlara çox baha başa gələcək, çünki Koreya özünə sərf edən şərtlər irəli sürür”.
“AzPolitika.info”


Şərhlər