Bu gün Hindistanın baş naziri Narendra Modinin G20 ölkələrinin sammitində çıxışı zamanı onun qarşısına qoyulan və ölkələrin adının qeyd olunduğu kiçik lövhədə “Bharat” yazısı diqqət çəkib.
Qeyd edək ki, “Bharat” hind dilində ölkənin rəsmi adıdır.
Bu günə qədər bütün rəsmi tədbirlərdə ölkənin adı Hindistan olaraq yazılıb.
Məlumat üçün əlavə edək ki, Baş naziri Narendra Modinin də üzv olduğu Hindistanın “Bharatiya Djanata” partiyası artıq bir neçə ildir ki, ölkənin tarixi adına qaytarılmasını tələb edir.
Mənbə: Reuters


Şərhlər
Azpolitika bu nə politikadır, sən niyə və marağa "яндекс" reklamı ilə məşğulsan? Bunu izah etməlisən. Sən açıqlama verməyə borclusan. Əks təqdirdə geniş ictimaiyyətin müzakirəsinə çıxardacam bu məsələni.