Menu

İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır - İran Baş Qərargahının İdarə rəisi (VİDEO)

10.09.2023, 15:04
İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır - İran Baş Qərargahının İdarə rəisi (VİDEO)

İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır.

Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.

Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: "Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol