Menu

Rusiya Koreya yarımadasında yeni böhranın yaxınlaşdığını açıqlayıb

11.09.2023, 07:28
Rusiya Koreya yarımadasında yeni böhranın yaxınlaşdığını açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə Birinci Departamentinin direktoru Georgi Zinovyev KXDR, Cənubi Koreya və ABŞ arasında münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasında yeni böhranın yaxınlaşdığını açıqlayıb.

“Report”un məlumatına görə, bu sözləri diplomat Şərq İqtisadi Forumu çərçivəsində deyib

Onun sözlərinə görə, keçən ildən bəri ABŞ, Cənubi Koreya və Yaponiyanın subregionda hərbi aktivliyi artıb.

O, fəallığın bu cür artmasına misal kimi irimiqyaslı hərbi təlimlər və ABŞ-ın Koreya yarımadası ətrafında strateji imkanlarının toplanmasına işarə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol