Menu

“Tramp heç vaxt Putini dəstəkləməz” - Zelenski əmindir

11.09.2023, 12:54
“Tramp heç vaxt Putini dəstəkləməz” -  Zelenski əmindir

Hazırda Ukraynanın qarşısında duran ən böyük suallardan biri ABŞ-da gələn il keçiriləcək prezident seçkisindən sonra bu dövlətin Ukraynaya yardımının davam edib-etməyəcəyilə bağlıdır.

Bir çoxları ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçiləcəyi təqdirdə Ukraynaya dəstəyin dayandırılacağı və onun Putinlə anlaşmaya gedəcəyini proqnozlaşdırırlar. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski belə düşünmür.

“AzPolitika.info” xəbər verir ki, “The Econimist”-ə müsahibə verən Ukrayna Prezidenti Donald Trampın Vladimir Putini heç zaman dəstəkləməyəcəyinə əmin olduğunu bildirib: “Tramp heç vaxt Putini dəstəkləməz. Bu, güclü amerikalıların edəcəyi bir şey deyil...”

Eyni zamanda, Zelenski əmin olduğunu bildirib ki, indiki Prezident Co Bayden ikinci dəfə seçilərsə, Ukraynaya hərtərəfli dəstəyi davam etdirəcək.

Xatırladaq ki, Tramp dəfələrlə Prezident olacağı təqdirdə müharibəni 24 saat ərzində bitirə biləcəyini bəyan edib. O, həmçinin, Ukraynanın Krım və NATO üzvlüyü məsələsində güzəştə getməli olduğuna işarə vurub.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol