Menu

“Ermənistanın KTMT-dən çıxacağına dair heç bir siqnal almamışıq” – Dmitri Peskov

11.09.2023, 16:28
“Ermənistanın KTMT-dən çıxacağına dair heç bir siqnal almamışıq” – Dmitri Peskov

Son günlər Ermənistan rəhbərliyindən guya bu ölkənin KTMT-dən çıxmaq niyətilə bağlı müəyyən siqnallar verilsə də, rəsmi səviyyədə heç bir addım atılmır.

“AzPolitika.info” xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə İrəvanın KTMT-dən çıxacağına dair iddiaları şərh edib. Peskov deyib ki, son zamanlar xüsusilə də Ermənistandakı qərbyönümlü təhlilçilərin guya İrəvanın KTMT-dən çıxacağına dair fikirlərinə rast gəlinir: “Lakin biz bununla bağlı hər hansı rəsmi siqnal almamışıq”.

Peskov həmçinin deyib ki, Kreml İrəvanın Moskva ilə yaxın müttəfiqliyinin bundan sonra da davam etdiriləcəyinə əmindir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol