Menu

Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir

11.09.2023, 16:30
Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir

Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində başqa müddət nəzərdə tutulmadıqda, göstərişin təqdim edilməsindən sonrakı 30 (otuz) gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.

Bazar subyekti rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində qeyd olunan məbləği bu Məcəllədə qeyd edilən müddətdə ödəmədikdə, rəqabət orqanı ödənişin təmin edilməsi məqsədilə göstərişi məcburi icraya yönəldəcək.

Təsərrüfat subyektlərinin birliklərinin hər hansı üzvü maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb olmuş qanun pozuntusunun əmələ gəlməsində iştirak etmədiyini sübut etdikdə, həmin təsərrüfat subyektinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.

Şərhlər

Xalid 2023-09-11 19:50:03

Bu millətə nə vermisiniz ala bilmirsiniz?İnsanların son çörək pulunu da əllərindən almaq cəhdindən niyə utanıb həya etmirsiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol