““Bizim Mərkəzi Bank rəhbərinin Dünya Bankının Prezidenti ilə uzun görüşü olub”
Dünya Bankı Türkiyəyə 35 milyard dollarlıq yardım paketi hazırlayıb.
“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin Maliyyə naziri Mehmet Şimşek NTV-yə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, bu vəsait Türkiyənin hazırladığı orta müddətli iqtisadi proqramın reallaşdırılmasına yönəldiləcək: “Bizim Mərkəzi Bank rəhbərinin Dünya Bankının Prezidenti ilə uzun görüşü olub. Biz ona öz proqramımız barədə danışmışıq. Dünya Bankından bildirdilər ki, əvvəl planlaşdırılan 17 milyar dollara daha 18 milyard əlavə olunacaq. Beləliklə, Türkiyəyə ümumilikdə 35 milyard dollar yardım ediləcək”.
Şimşək əlavə edib ki, orta müddətlik proqramın əsas komponentlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdir: “Ən vacib hədəf üç il ərzində inflyasiyanı birrəqəmli göstəriciyə düşürməkdir. Bu, çətindir, amma mümkündür”.
“AzPolitika.info”


Şərhlər