“Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi “X” hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla səfirliyin əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanların xatirəsinin yad edib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində "Əl-Qaidə" terror təşkilatı silsilə terror aktları törədib.


Şərhlər
Biz isə otuz il əvvəl torpaqlarımızı ruslar işğal edib erməniyə verəndə onlara yox,bizə embarqo uyqulamağınızı,907-ci düzəlişi heç vaxt unutmayacağıq.Hansı ki bu gün də qüvvədədir,ləğv etmək ağlınızın ucundan da keçmir.