Menu

“Pentaqon Ukraynaya silah tədarükü üçün “silah baronu” ilə anlaşıb” – NYT

12.09.2023, 00:25
“Pentaqon Ukraynaya silah tədarükü üçün “silah baronu” ilə anlaşıb” – NYT

ABŞ hakimiyyəti Ukraynaya silah tədarük edərkən bəzən az tanınan dilerlərə müraciət edir. Onlardan biri Pentaqonun 1 milyard dollarlıq müqavilə imzaladığı “Global Ordnance” şirkətinin sahibi Mark Moralesdir.

“AzPolitika.info”-nun məlumatına görə, bu barədə “The New York Times” (NYT) yazır. Nəşr onu da yazır ki, Morales birbaşa Ukraynaya silah satır, bu müqavilələrin məbləği 200 milyon dollar qiymətləndirilir.

Qəzetin mənbələri bildiriblər ki, ötən ay Kiyevdə Morales, ukraynalı hərbçilər və rəsmilərin iştirakı ilə görüş keçirilib. Onların arasında “Global Ordnance” şirkətində işləyən və silah satıcıları ilə alıcılar arasında oxşar görüşləri təşkil edən Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsinin baş serjantı Vladimir Koifman da var idi. Bunu şirkətin hüquq müşaviri Van Brunt da təsdiqləyib. Nəşr həmçinin yazır ki, görüşdə Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun müşaviri, eyni zamanda “Global Ordnance”-də çalışan Denis Vanaş da iştirak edib.

Moralesin şəbəkəsi ABŞ, Şərqi Avropa və Yaxın Şərqi əhatə edir. Bundan əvvəl Morales Suriyadakı müxtəlif qruplara silah tədarükünə cəlb olunub. O, Ukraynaya Bolqarıstan, Misir, İordaniya və Pakistandan raket, mərmi, qumbaraatan və zirehli texnika göndərib. Qəzetin yazdığına görə, onun Pentaqonla xüsusi əlaqələri var, ona görə də o, daha çox mal, o cümlədən rəqiblərindən daha çox silah almağa imkan verir.

Nəşrin məlumatına görə, Moralesdən savayı, başqa “kölgə” tədürükçüləri də Ukraynaya silah satılmasında iştirak edirlər. Məsələn, bunların arasında sabiq ukraynalı deputat Sergey Paşinskinin də adı çəkilir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol