Menu

Sürət Hüseynovun məzardaşına bu sözlər yazıldı - FOTO

12.09.2023, 10:53
Sürət Hüseynovun məzardaşına bu sözlər yazıldı - FOTO

Türkiyədə vəfat edən sabiq Baş nazir Sürət Hüseynova məzardaşı qoyulub.

"AzPolitika.info" xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

Ancaq qeyd edək ki, S.Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.

Bundan əlavə  başdaşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki, Sürət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Düşmənlərim çox oldu... - Sabiq Baş nazirin məzardaşına yazılanlar

Şərhlər

dadaşyev 2023-09-14 23:22:29

Ölənin dalınca danışmazlar.Əxlaqi deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol