İki başlı Rusiya qartalının çox əsirlik yaşı var (Təbii ki, burada söhbət ölkənin gerbindən gedir). Başqa ölkələrin də gerblərində iki başlı qartal təsvirini görmək mümkündür, lakin yalnız rus qartalı son həftələrin böhran diplomatiyasının simvoluna çevrilib. Beləliklə də həm Qərbə, həm də ki, Şərqə baxan qartalın başları iki geosiyasi qütb arasında var-gəl edən ölkənin əsl tərənnümdür.
18 noyabr tarixində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında dünyadakı vəziyyətə, Rusiya və Ukrayna böhranına toxunaraq, Qərblə Şərq arasında incə diplomatik şparqat hərəkətini yerinə yetirmək istəyib. O, Moskva və Pekin arasındakı əlaqələri tərifləməklə yanaşı, Avropa Birliyi ilə əməkdaşlığı da “alternativsiz” adlandırıb. Rusiya rəhbərliyi səbəb-nəticə əlaqələrinin yerini dəyişməklə, öz günahsızlığını sübut etməyə çalışır. Hətta prezident Vladimir Putin "Donbasdakı azadlıq uğrunda mübarizlər həmişə özlərinə tank və haubitsalar tapa bilərlər” fikrini irəli sürməsi hər şeyə aydınlıq gətirir. Bu cür günahsızlıq niqabına bürünmüş utanmaz yalan ifadələr son zamanlar Rusiya rəhbərliyi ilə həmsöhbət olanlarda daxili narahatlıq hissi yaradır. Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın Şərqindəki separatçılara genişmasştablı yardımların göstərilməsinin Moskva tərəfindən daimi olaraq inkar edilməsi, Sovet İttifaqı siyasi rəhbərlərinin stilinə bənzəyir.
Əgər keçmişin arxa görüntülərindəki güzgüyə diqqətlə baxsaq, biz orada bugünkü Rusiyanın Çar irticasına və Sovetlərin hegemonluğuna irsi meylinin necə güclü olmasını açıq görərik .Bu isə öz növbəsində Moskvanın kobud siyasi maneralarından əl çəkməyəcəyindən xəbər verir.
Narahatçılıq və Moskva qarşısındakı qorxu

Rusiya Qərbi cana yığıb
Hazırda Rusiya üçüncü bir güc kimi Qərblə Şərq arasında mövqe nümayiş etdirmək niyyətindədir. Ancaq tam aydın görünür ki, Moskvanın öz gerblərinə bənzəyən şəkildə apardığı ikiüzlü siyasəti Qərbi tam cana yığıb. Rusiyada belə bir söhbət gəzir ki, güya onları Qərbdən kəsib atır və Avropadan qovurlar. Ancaq onu da demək lazımdır ki, bir çox hallarda uydurlumuş əfsanələr daha sonralar həqiqətə çevrilmiş gerçəkliklərdən qabağa da düşür.
"Detsche Welle"

Şərhlər