Menu

“Biz təklif etdik ki, bu iki rayon İrəvanın tabeleyində qalsın” - Putin + VİDEO

12.09.2023, 15:01
“Biz təklif etdik ki, bu iki rayon İrəvanın tabeleyində qalsın” - Putin + VİDEO

“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

Putin qeyd edib ki, Qarabağın “statusunu” İrəvan özü müəyyən edib.

“Biz öz məskunlaşma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”- deyə, Putin qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-09-12 16:20:52

Deməli Paşinyan hakimiyyətə gəlməsə idi ,rusun tulası Ermənistanda hakimiyətdə olsa idi iki rayonumuzu putin erməniyə verəcəkir ? Vaxt keçdikcə bunların iç üzü açılır , hətda Peskov öz dili ilə deyir ki biz nə Qarabağdan ,nə Ermənistandan çıxası deyilik ,bizdə isə heç Peskov cəhənnəm ,marişka- alkaşkaya cavab verməyə bir nəfər tapılmır ,ermənilərin usa baş qaldırmasını müzakirə edirik özü də utanmadan ,erməni nə qədər tez rusun boyunduruğundan çıxa bilsə bizim üçün o qədər asan olacaq ,danışı -slh müqaviləsi bağlaya bilərik

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol