Menu

Ukraynanın “Antonov” zavodu PUA istehsalına başlayacaq – “Reuters”

12.09.2023, 16:01
Ukraynanın “Antonov” zavodu PUA istehsalına başlayacaq – “Reuters”

Ukraynanın “Antonov” təyyarə zavodu bundan sonra pilotsuz uçuş aparatlarının (PUA) istehsalına keçəcək.

“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.

Agentlik “Ukroboronprom”un təqdimatına əsasən bildirir ki, zavodda pilotsuz uçuş sistemlərinin inkişafı məqsədi ilə yeni mərkəz açılıb. Sözügedən mərkəz özəl PUA istehsalçılarına da təcrübə və müəyyən xidmətlər baxımından dəstək göstərməyi nəzərdə tutur.

Güman olunur ki, SSRİ-nin süqutundan bəri “qocalmış” hesab olunan bu zavod müasir PUA istehsalına keçid etməklə, həm Ukraynanın arsenalını gücləndirə bilər, həm də gələcəkdə daha çox gəlir əldə edər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol