Menu

"Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır" - Ömər Çelik

12.09.2023, 20:06
"Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır" - Ömər Çelik

Ermənilərin Qarabağda keçirdikləri qondarma seçkilər heç bir şəkildə legitim ola bilməz.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bütün beynəlxalq aləm də bu “seçkiləri” tanımayıb. Ö. Çelikin sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır: “Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol