Menu

Binə qəsəbəsində mebel salonu yanıb - FOTOLAR

13.09.2023, 00:23
Binə qəsəbəsində mebel salonu yanıb - FOTOLAR

Bakının Xəzər rayonununda mebel mağazasında yanğın baş verib. “Report”un məlumatına görə, qəsəbənin Əli İsazadə küçəsində yerləşən üçmərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Qeyd edək ki, yanğın təqribən 150 kvadratmetr ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol