Menu

İsveç hökuməti Ukraynaya “Gripen” qırıcılarının verilməsini nəzərdən keçirir

13.09.2023, 10:15
İsveç hökuməti Ukraynaya “Gripen” qırıcılarının verilməsini nəzərdən keçirir

İsveç hökuməti Ukraynaya “Gripen” qırıcılarının verilməsi ilə bağlı şərtləri dəyərləndirmək üçün, Silahlı Qüvvələrə müvafiq tapşırıq göndərəcək.

“AzPolitika.info” Pravda.com.ua saytına istinadla xəbər verir ki, bu haqda İsveçin Ekot radiosu məlumat yayıb.

Sözügedən sorğunun hökumət tərəfindən SQ Baş Qərargahına cümə axşamı göndəriləcəyi bildirilir.

Eyni zamanda, hökumət bilmək istəyir ki, İsveçin hərbi təyyarələrinin bir qisminin Ukraynaya verilməsi ölkənin öz müdafiə potensiyalına necə təsir edəcək və yeni təyyarələrin arsenala qatılması nə vaxt baş verə bilər.

Məlumata görə, Silahlı Qüvvələr öz cavabını noyabr ayında verməlidirlər. Yalnız bundan sonra, İsveç hökuməti Ukraynaya adıkeçən qırıcıları verib-verməmək barədə yekun qərarını açıqlaya bilər.

İsveç radiosu qeyd edir ki, Ukrayna tərəfi İsveçin arsenalında olan “Gripen” qırıcılarından 16-18 ədədini hərbi yardım kimi Kiyevə göndərməyi xahiş edib.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol