Menu

Qarabağda yeni abidələr aşkar edilib - Foto

25.11.2014, 09:26
Qarabağda yeni abidələr aşkar edilib - Foto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat işləri aparıb.

İnstitutun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun “Media forum” saytına verdiyi məlumata görə, arxeoloji kəşfiyyat işləri əsasən Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılıb: “İlk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, nəticədə 30-dək müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib. Bu abidələrin böyük əksəriyyəti neolit və eneolit dövrünə aiddirlər və onlar ilk dəfə olaraq qeydiyyata alınıblar.

Bərdə rayonu ərazisində Xaçınçayın sol sahili və onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri zamanı 10 neolit və Leylatəpə mədəniyyətinə aid yaşayış yeri aşkar edilib.

Ağcabədi rayonu ərazisində Sarıcalı və Hindarx kəndləri arasında olan 40 kvadrat kilometr ərazidə aparılmış kəşfiyyat işləri nəticəsində 11 yeni neolit dövrünə aid yaşayış yeri qeydiyyata alınıb, ölçü işləri aparılaraq topoqrafik planları hazırlanıb.

Qarabağın ən böyük kurqanı olan Sultanbud kurqanında da topoqrafik-ölçü işləri aparılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol