“Ukraynanın NATO-ya daxil olması Avropaya sülh gətirməyəcək. Rusiya bunu təxribat kimi qiymətləndirəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Fransanın sabiq Prezidenti Nikola Sarkozi deyib.
O, Ukraynanın Birləşmiş Millətlər Təşkilatından (BMT) təhlükəsizlik zəmanəti almasını təklif edib: “Sual sadədir: Ukraynanın NATO-ya daxil olması sülhə töhfə verəcək, ya yox? Heç olmasa bunu müzakirə edə bilərikmi? Məncə, bu, sülhə gətirib çıxarmayacaq. Ukraynanın NATO-ya daxil olması Rusiyanın gözündə təxribatdır. Ukrayna neytral statusa malik olmalı, BMT və ya beynəlxalq ictimaiyyətdən təhlükəsizlik zəmanəti almalıdır”.
Sarkozinin sözlərinə görə, müharibəyə son qoymağın iki yolu var: “Birinci variant belədir ki, biz bir-birimizi məhv etməliyik. Ancaq biz dünyanın ikinci nüvə dövlətini məhv edə bilməyəcəyik. Nəticədə dünya müharibəsi baş verəcək. İkinci variant isə diplomatik danışıqlardır. Bu müharibənin məqsədi Rusiyada hakimiyyəti dəyişməkdir. Vladimir Putinlə danışıqların mümkün olmadığını deyənlər, bir qayda olaraq, onunla heç vaxt görüşməyən şəxslərdir”.
“AzPolitika.info”


Şərhlər
Vallah yazmaq istəmirəm,amma belə ağ yalan eşidəndə mümkün deyil sakit qalasan,birinci sual olunur hörmətli Sərkozi niyə rusyada qanuni seçilmiş hakimiyyəti dəyişmək istəyirsiniz? nə mərağınız var,dünyada rusyadan daha iyrənc,diktator sistemli dövlətlər var,misal üçün iran,əfqanıstan,ərəb dövlətləri,afrika elə avropanın özündə,amerikanın şimalındada cənubundada rusyadan pis idarə olunan dövlətlər var,məqsədiniz o,deyil,yalan,yalan.
Müharibənin məqsədi hakimiyəti yox rusyaya və arxasınsa dünyaya sahib olmaqdır,bunada indiyə qədər heç kim nail olmayıb,ən axrıncısı hitler olub böyük biabırçılıqla uduzub,indidə hidlerin ideyasının ətrafında anqlosakslar cəhəd edirlər,avropanı iqtisadi və hərbi cəhətdən özlərindən aslı saxladıqları üçün onları arxasınca rahat aparırlar.