“Ermənistan hakimiyyəti regionda mentor ölkə kimi Türkiyəni seçib. Görünür, Nikol Paşinyan belə qənaətə gəlib ki, regiondakı məsələləri Türkiyə həll edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni siyasi təhlilçi Vigen Akopyan sentyabrın 11-də Türkiyə lideri Rəcəb Tayyib Əroğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tuutan telefon danışığını “Sputnik”-in Ermənistan xidmətinə şərh edərkən deyib.
Siyasi təhlilçiiddia edib ki, Türkiyə və Ermənistan liderləri arasında baş tutan telefon danışığı iki ölkə arasında münasibətlərdə paradiqmanın dəyişdiyini və Ankaranın Cənubi Qafqazda artan rolunu göstərir.
“Ərdoğanın Paşinyana zəngi Türkiyənin açıq şəkildə oyuna girdiyini göstərir. Güman etmək olar ki, onlar arasında kifayət qədər sərt söhbət olub”, - Akopyan iddia edib.
“AzPolitika.info”


Şərhlər