Menu

Ucarda aramsız yağan yağışlar körpüyə təhlükə yaradıb - FOTO

13.09.2023, 22:18
Ucarda aramsız yağan yağışlar körpüyə təhlükə yaradıb - FOTO

Ucarda aramsız yağan yağışlar körpüyə təhlükə yaradıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay çayının Ucarın Qazyan kəndindən keçən hissəsində suyun həcmi artaraq körpüyə çatıb, nəticədə gediş-gəlişə maneələr yaranıb.

Qazyan, Bərgüşad, Bağman, Şilyan kəndlərini birləşdirən və Göyçay çayı üzərində yerləşən körpü sel təhlükəsi ilə üzləşib. Çayda suyun səviyyəsi durmadan artdığından, körpüdə və bəndlərdə qabaqlayıcı bərkitmə işləri həyata keçirilib.

Görülən işlər nəticəsində bir neçə saatlıq körpü üzərində gediş-gəliş dayanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol