Menu

Ukrayna PUA-ları Rusiyaya bir gecədə 1,2 milyard dollar zərər vurub - DETALLAR

14.09.2023, 13:01
Ukrayna PUA-ları Rusiyaya bir gecədə 1,2 milyard dollar zərər vurub - DETALLAR

Xəbər verildiyi kimi, sentyabrın 14-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi əks-kəşfiyyatı Yevpatoriya yaxınlığında xüsusi əməliyyat keçirib.

"AzPolitika.info" “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Ukrayna PUA-larının hədəfində Rusiyanın Yevpatoriyada yerləşdirdiyi bahalı HHM kompleksləri olub.

Məlumata görə, Ukrayna PUA-ları və yerli istehsal olan “Neptun” sistemləri bu əməliyyatla 1,2 milyard dollar dəyərində Rusiyanın "Triumf" hava hücumundan müdafiə sistemini sıradan çıxarıblar.

Əvvəlcə, dronlar kompleksin radarlara və antenalara çırpılıb. Radar stansiyaları sıradan çıxarıldıqdan sonra isə, dəniz qüvvələri iki “Neptun” qanadlı raketi ilə “Triumf” komplekslərini vurub.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol