“Ötən ilin sentyabrında Rusiyaya məxsus “Su-27” qırıcısının pilotu Qara dəniz üzərində Britaniya kəşfiyyat təyyarəsini qəsdən atəşə tutub. Əslində pilotun belə bir icazə olmayıb, bununla belə hadisə Rusiya tərəfinin dediyi kimi texniki nasazlığın nəticəsi də deyildi”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İngiltərəyə məxsus “RAF RC-135 Rivet Joint”ə qarşı isnsident 29 sentyabr 2022-ci ildə baş verib. İçərisində 30-a qədər adamın olduğu kəşfiyyat təyyarəsinin missiyası beynəlxalq hava məkanında Qara dənizi müşahidə etmək idi. Bundan dərhal sonra Rusiyaya məxsus iki “Su-27” qırıcısı təyyarəni izləmək üçün havaya qalxıb.
Rusiya qırıcılarından birinin Britaniya təyyarəsinə doğru raket atdığı daha əvvəl məlum idi. Böyük Britaniyanın o vaxtkı müdafiə naziri Ben Uolles olayı hələ oktyabr ayında açıqlayaraq Rusiya tərəfinin bunu texniki nasazlıq kimi izah etdiyini bildirmişdi. Rusiya Müdafiə Nazirliyi isə həmin vaxt insidentlə bağlı heç bir şərh verməyib.
2023-cü ilin aprelində Pentaqonun sızdırılmış məxfi sənədlərindən məlum oldu ki, rus pilot bir yox, iki raket atıb və bunu bilərəkdən edib. Bunu hadisədə bilvasitə iştirak edən “RAF RC-135 Rivet Joint” təyyarəsinin ələ keçirilmiş qeydləri də təsdiq edir.
Görünür, rusiyalı pilotlardan biri Rusiyanın yer stansiyasından mübahisəli “Hədəfiniz var!”əmri alıb və bunu Britaniya təyyarəsinə hücum etmək icazəsi kimi qəbul edib. O, raket atsa da Britaniya təyyarəsinə dəyməyib. İkinci rus təyyarəsinin pilotu, yerdən verilən əmrin atəşə icazə verilmədiyinə əmin olana qədər daha bir raket atsa da, o da hədəfdən yan keçib. Pilot bundan sonra qırıcının qanadlarını yana əyərək geri dönüb.
Mənbələr hesab edir ki, insidenti törədən pilotlar sadəcə peşəkarlıq nümayiş etdirməyiblər. Göründüyü kimi, reallıqda təyyarənin vurulması əmri olmayıb, lakin komanda o qədər anlaşılmaz olub ki, pilot onun icrasında ciddi səhv edib.
BBC yazır ki, buna baxmayaraq, Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın izahatlarından razı qalıb və insidenti eskalasiya adlandırmayıb.
“AzPolitika.info”


Şərhlər