Menu

Rusiyalı oliqarxlar Avropadan 50 milyard dollar çıxarıb – “Bloomberg”

14.09.2023, 14:25
Rusiyalı oliqarxlar Avropadan 50 milyard dollar çıxarıb – “Bloomberg”

Beynəlxalq sanksiyaların və Vladimir Putinin təzyiqi ilə üzləşən rus milyarderləri genişmiqyaslı işğaldan sonra Avropadan on milyardlarla qiymətləndirilən aktivlərini geri çəkiblər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Keçən ay maqnatlar İqor Şilov və Mark Kurtser tərəfindən idarə olunan “United Medical Group CY Plc” və “MD Medical Group Investments Plc”-nin səhmdarları şirkətlərin Kiprdən Rusiyaya köçməsini təsdiqləyiblər.

“Bloomberg”in məlumatlarına görə, sözügedən transferlə 2022-ci ilin fevral ayından bəri Rusiyanın ən zənginləri tərəfindən köçürülən aktivlərin ümumi dəyəri ən azı 50 milyard dollara çatır.

Kipr, Cersi və İsveçrə kimi yerlərdə qeydiyyatda olan aktivlərin Rusiyaya və Kremlin dost hesab etdiyi ölkələrə, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana köçürülməsi genişmiqyaslı işğaldan qısa müddət sonra başlayıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol