Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib və ondan müsbət cavab alıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi “KCNA” məlumat yayıb.
Qeyd olunur ki, Putinin Şimali Koreyaya səfərinin nə vaxt baş tutacağı hələlik məlum deyil.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya mətbuatına açıqlamasında sözügedən səfərin hələlik planlaşdırılmadığını bildirib.
“AzPolitika.info”


Şərhlər