Menu

Rusiyaya məxsus PUA öz hərbçilərini vurub – 60-dan çox rus əsgəri sıradan çıxıb

14.09.2023, 14:52
Rusiyaya məxsus PUA öz hərbçilərini vurub – 60-dan çox rus əsgəri sıradan çıxıb

Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) öz hərbçilərini hədəf alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Kremlyönlü “Telegram” kanalları məlumat yayıb.

Qeyd olunub ki, hadisə rus hərbçiləri Donetskin Opytne kəndindən geri çəkilən zaman baş verib. Geri çəkilən rus hərbçilərinin Ukrayna əsgərləri olduğunu zənn edən Rusiya açıq ərazidə olan hərbçilərini PUA ilə vurmağa başlayıb.

Məlumata görə, hadisə nəticəsində 27 rus hərbçisi həlak olub, daha 34 nəfər isə yaralanıb.

“AzPolitika.info”

Şərhlər

Azər 2023-09-14 16:32:12

Moskva,Belqorod, Kursk və s. olan hücumları da içkili halda (alkaş) rus hərbçiləri edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol